Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Fevral 2020 00:46
İsveçrə hökuməti yeni növ koronavirus təhlükəsi ilə əlaqədar ölkədə keçirilən və mindən artıq şəxsin iştirakı nəzərdə tutulan bütün kütləvi tədbirləri qadağan edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Şimali İtaliyada virusun yayılması ilə əlaqədar Alp ölkəsində bir sıra böyük tədbirlər təxirə salınıb. Təxirə salınan tədbirlər arasında avtomobil bazarında özünəməxsus yerə malik "Cenevrə Avtosalonu" (5-15 mart) da var.
Kütləvi tədbirlərin qadağan olunmasına dair qərar martın 15-dək qüvvədə olacaq, aktual vəziyyəti nəzərə alaraq qadağanın uzadılması barədə qərar həmin vaxt veriləcəkdir.