Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə leysan yağışlar səbəbindən 5 nəfər ölüb

Bu ölkədə leysan yağışlar səbəbindən 5 nəfər ölüb

Tarix: 29 Fevral 2020 09:28

Perunun cənubunda güclü yağışlar nəticəsində ən azı 5 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "teleSUR" telekanalı bildirib.

Məlumata əsasən, ən azı 10 nəfər itkin düşüb, 290-dan çox ailə xəsarət alıb. Qeyd edilir ki, ölkə hökuməti respublikanın Ayakuço, Kusko və Puno bölgələrinin bir neçə departamentində fövqəladə vəziyyət elan edib.

Xilasedicilər hazırda itkin düşmüş şəxslərin axtarışını aparır və ziyan dəymiş bina və kommunikasiyalarının bərpası ilə məşğuldurlar.

Milli.Az


Etiketlər:  ölkədə leysan yağışlar səbəbindən nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ