Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Trampla Avstriya Kanslerinin görüşü təxirə salındı - Koronavirusa görə

Trampla Avstriya Kanslerinin görüşü təxirə salındı - Koronavirusa görə

Tarix: 29 Fevral 2020 18:18

Ağ Ev Avstriya Kansleri Sebastian Kurtsla ABŞ Prezidenti Donald Tramp arasında planlaşdırılmış görüşü təxirə salıb.

Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, görüş koronavirusun yayılması ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınıb.

Avstriya Kansleri martın 2-də ABŞ-a yola düşməli idi, amerikalı həmkarı ilə görüş isə 3 mart tarixinə təyin edilmişdi.

Xatırladaq ki, Avstriyada koronavirusa yoluxanların sayı 6-ya çatıb. Kurts virusun Avstriya və Avropada yayılma ehtimalı olduğunu açıqlayıb.

Milli.Az


Etiketlər:  Trampla Avstriya Kanslerinin görüşü təxirə salındı Koronavirusa görə


RƏYLƏR