Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Fevral 2020 19:26
Gürcüstanda koronavirusa üçüncü yoluxma halı qeydə alınıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.
O bildirib ki, həmin şəxs ötən gün İrandan gəlmiş Gürcüstan vətəndaşıdır. O, yoluxma aşkar edildikdən sonra dərhal xəstəxanaya yerləşdirilib.
A.Qamkrelidze əlavə edib ki, koronavirusa yoluxan hər üç şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilir, onların müalicələri davam etdirilir.