Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Fevral 2020 20:06
5-15 mart arası Cenevrədə keçirilməsi gözlənilən Cenevrə Beynəlxalq Avtomobil Sərgisi koronavirus təhlükəsi səbəbi ilə təxirə salınıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, İsveçrə Konfederasiyası Federal Şurası "1000 nəfərdən çox insanın iştirak etdiyi tədbirlər" olaraq müəyyən olunan geniş miqyaslı tədbirlərin qadağan edilməsi ilə bağlı qərar qəbul edib. Bu səbəbdən ölkədə bir çox tədbirin təşkili 15 marta qədər təxirə salınıb.
Qeyd edək ki, bu, 70 illik tarixdə Cenevrə Beynəlxalq Avtomobil Sərgisinin ilk ləğvidir. 1947-ci ildən etibarən hər il keçirilən sərgini il ərzində 700 000-ə yaxın insan ziyarət edir.