Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2020 09:28
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa birlik-bərbərlik çağırışı edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Türkiyə prezidenti rəsmi Twitter hesabında belə bir açıqlama yayıb.
Açıqlamada bildirilir: "Türkiyə bu günü və gələcəyi baxımından tarixi və həyati mübarizədədir. Nəticələri ən azı 100 il öncəki qədər böyük olacaq bir mübarizədən ölkəmizin və xalqımızın mənafeyini qoruyaraq zəfərlə çıxmaq üçün gecə-gündüz fəaliyyətimiz davam edir.
Tarix boyu işğallara, zülümlərə məruz qalan bu coğrafiyada mübarizəmizdən bir an geri qalsaq, bir an birlik-bərabərliyimizə sahib çıxmasaq, daha böyük itkilər verəcəyik. Bu böyük mübarizə yolumuzda qanlarıyla bu torpaqları bizə vətən edən şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Zülmə qarşı verdiyimiz haqq mücadiləsi sonuna qədər davam edəcək".