Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan vətəndaşları İrandan təxliyə olunacaqlar

Azərbaycan vətəndaşları İrandan təxliyə olunacaqlar

Tarix: 1 Mart 2020 17:46

Fevralın 29-da İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında sərhədin müvəqqəti bağlanması ilə əlaqədar hazırda İranda olan Azərbaycan vətəndaşlarının ölkəyə qayıtmasını təmin etmək üçün müvafiq tədbirlər həyata keçirilir.

Nazirlər Kabineti yanında operativ qərargahdan Milli.Az-a verilən məlumatına görə, bu məqsədlə martın 4-də İrandan Azərbaycana uçuş reysi təşkil olunacaq və xüsusi dəhliz vasitəsilə vətəndaşların ölkəyə qayıtması təmin olunacaqdır. Azərbaycana gəlmək istəyən vətəndaşların ölkəmizin Tehrandakı Səfirliyi və Təbrizdəki Baş konsulluğu ilə əlaqə saxlayaraq qeydiyyatdan keçmələri xahiş olunur.

İrandan təxliyyə olunacaq vətəndaşlar müvafiq müayinə aparılması məqsədilə karantinə yerləşdiriləcəklər.

Xatırladırıq ki, Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə əsasən, koronavirus infeksiyasının aşkarlanması üçün karantin 14-29 gün müddətinə müəyyən edilib.

Azərbaycan Respublikası ərazisində koronavirusun yayılmasının qarşısını almaq üçün bütün vətəndaşların karantin rejiminin tələblərinə riayət etməsi tələb olunur.

Milli.Az


Etiketlər:  Azərbaycan vətəndaşları İrandan təxliyə olunacaqlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ