Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya şöhrətli kinorejissorun qızı həbs edildi

Dünya şöhrətli kinorejissorun qızı həbs edildi

Tarix: 1 Mart 2020 18:32

Dünyaca məşhur kinorejissor Stiven Spilberqin qızı Mikaela məişət zorakılığı ilə bağlı həbs edilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Fox News" yazıb.

KİV-in məlumatına görə, 23 yaşlı Mikaela Spilberq Tennessi ştatının Neşvill şəhərində fevralın 29-da 6.30-da həbs edilib.

Qızın həbsi 47 yaşlı nişanlısı Çak Pankov tərəfindən təsdiqlənib.

"Bu, doğrudur", - deyə Pankov bildirib və əlavə edib ki, hadisə "anlaşılmazlıq" nəticəsində baş verib və heç kim xəsarət almayıb.

Lakin o, hadisənin detallarını açıqlamayıb.

Milli.Az


Etiketlər:  Dünya şöhrətli kinorejissorun qızı həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ