Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2020 19:50
61 yaşlı amerikalı müğənni Madonna Parisdəki çıxışı zamanı kuryoz hadisə yaşanıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, stulun üstündə rəqs hərəkətləri yerinə yetirən ifaçı gözlənilmədən yerə yıxılıb və ağlamağa başlayıb. Ona ayağa qalxmaqda rəqqasələrdən biri kömək edib.
Şoudan sonra o, əlində çəliklə görüntülənib.
Xatırladaq ki, daha əvvəl Madonna dizindən zədə almışdı.
Qeyd edək ki, ifaçının 2019-cu ildə start götürən "Madam X Tour" qastrol turu çərçivəsində 79 konsert planlaşdırılıb. Madonna daha 8-də çıxış etməlidir.