Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avtomobil aşıb, ölənlər və xəsarət alanlar var

Avtomobil aşıb, ölənlər və xəsarət alanlar var

Tarix: 1 Mart 2020 21:44

21:40

Hacıqabulda baş vermiş yol qəzasında daha bir nəfər dünyasını dəyişib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu, 1983-cü il təvəllüdlü Mətləb Yusifovdur.

----------

20:37

Hacıqabulda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

90-AA-047 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin aşması nəticəsində Bakı şəhər sakini, 2007-ci il təvəllüdlü Hüseynov Ayxan Tahir oğlu hadisə yerində dünyasını dəyişib, onun atası 1983-cü il təvəllüdlü Hüseynov Tahir Səbuhi oğlu və daha 3 nəfər də xəsarət alıb. Yaralılar Kürdəmir xəstəxanasına yerləşdirilib.

Avtomobildə olanların hamısı bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Avtomobil aşıb ölənlər xəsarət alanlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ