Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2020 09:10
2020-ci ilin yanvar ayında Türkiyə Azərbaycana kimyəvi məhsul ixracını artırıb.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Qeyd edilib ki, 2020-ci ilin yanvar ayında Türkiyə Azərbaycana 22.307 milyon dollarlıq kimyəvi məhsul ixrac edib ki, bu da 2019-cu ilin eyni ayına nisbətən 12.06 faiz çoxdur.
2020-ci ilin yanvar ayında Türkiyədən kimyəvi məhsulların dünya bazarına ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz artaraq 1,700 milyard dollar təşkil edib.
2020-ci ilin yanvar ayında kimyəvi məhsulların ixracı 2020-ci ilin yanvar ayında Türkiyənin ümumi ixracının 11,5 faizini təşkil edib.
2019-cu ildə Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2018-ci illə müqayisədə 5,02 faiz artaraq 322,295 milyon dollar təşkil edib.
12 ayın nəticələrinə görə (yanvar 2019-cu il - yanvar 2020-ci il) Türkiyədən kimyəvi məhsulların ixracı 20,748 milyard dollar və ya göstərilən dövrdə ümumi ixracın 11,4 faizini təşkil edib.