Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda hərbi xidmətə çağırış təxirə salındı - Koronavirusa görə

İranda hərbi xidmətə çağırış təxirə salındı - Koronavirusa görə

Tarix: 2 Mart 2020 12:38

İranda yeni koronavirusun yayıldığına görə hərbi xidmətə çağırış 2 ay müddətinə təxirə salınıb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu İranın Silahlı Qüvvələr Qərargahının səhiyyə və müalicə üzrə rəis müavini və Silahlı Qüvvələr Qərargahının koronavirusla mübarizə komitəsinin sözçüsü Həsən İraqizadə deyib. 

H.İraqizadənin sözlərinə görə, bununla yanaşı 2 ay müddətinə əsgərlərin təlim kursları da təxirə salınıb.

İraqizadə əlavə edib ki, bir neçə gün bitməsinə qalan təlim kursları bütün səhiyyə tədbirləri nəzərə alınaraq keçiriləcək.

İranlı hərbi rəsmi İran Silahlı Qüvvələrinə məxsus 58 xəstəxananın səhiyyə sektorunun sərəncamına verildiyini deyib.

Qeyd edək ki, İranın Səhiyyə Nazirliyi ötən gün (1 mart) indiyədək 978 nəfərin yeni koronavirusa yoluxduğunu və bu virus nəticəsində 54 nəfərin öldüyünü təsdiqləyib. İranda bütün sahələrdə fəaliyyətlər ya dayandırılıb, ya da məhdudlaşdırılıb.


Etiketlər:  İranda hərbi xidmətə çağırış təxirə salındı Koronavirusa görə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ