Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2020 14:36
Ermənistan İranla sərhəd rejimini sərtləşdirir.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan koronavirusun yayılmasının qarşısının alınması üzrə komissiyanın iclası zamanı deyib.
O bildirib ki, Ermənistan regionda epidemioloji vəziyyəti nəzərə alaraq bu qərarı qəbul edib:
"Biz İranla viza rejimin müvəqqəti bərpa olunması prosesini işə salırıq və 5 gün ərzində qərar qəbul edəcəyik".
Qeyd edək ki, ötən gün Ermənistanda ilk koronavirus faktı qeydə alınıb.