Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda koronavirusdan 66 nəfər ölüb

İranda koronavirusdan 66 nəfər ölüb

Tarix: 2 Mart 2020 15:30

İranda yeni koronavirus (Covid 19) nəticəsində indiyədək ölənlərin sayı 66 nəfərə çatıb.

Bunu İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini Əlirza Rəisi deyib.

Sonxeber.net bildirir ki, bu barədəTrend IRINN-ə istinadən məlumat verib.

Ə.Rəisinin sözlərinə görə, ötən sutka ərzində 12 nəfər dünyasını dəyişib.

Nazir müavini deyib ki, ümumilikdə 1501 nəfər bu virusa yoluxub və virusa yoluxanlardan 291 nəfəri sağalıb.

Nazirlik rəsmisi bugünədək xəstəxanalara 7,28 min nəfərin müraciət etdiyini, 4,312 nəfərin şübhəli olduğunu deyib.

Qeyd edək ki, İranın Səhiyyə Nazirliyinin rəsmisi ötən gün 978 nəfərin yeni koronavirusa yoluxduğunu, 54 nəfərin dünyasını dəyişdiyini, 175 nəfərin sağaldığını bildirmişdi.


Etiketlər:  İranda koronavirusdan nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ