Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fədayə Vahid Qədimin qollarını qandallayıb Bakıya gətirməliydi? - İlahə Fəda

Fədayə Vahid Qədimin qollarını qandallayıb Bakıya gətirməliydi? - İlahə Fəda

Tarix: 2 Mart 2020 18:00

Müğənni İlahə Fəda bacısı Fədayə Laçının axtarışda olan meyxanaçı Vahid Qədimlə görüşməyini tənqid edənlərə cavab verib.

Sonxeber.net xəbər verir ki, İlahə Fəda ölkə.az-a açıqlamasında bildirib ki, burada böyüdüləcək məsələ yoxdur.

"Burada nə var axı? Əgər o meyxanaçı axtarışdadırsa, Fədayəyə bunun nə aidiyyatı? Sadəcə, Rusiyada bir məclisdə görüşüblər, foto çəkdiriblər. Bacım nə etməli idi? Vahid Qədimin əllərini qandallayıb, onu Bakıya gətirib təhvil verməli idi? Bu, çox absurd fikirdir. Üzümü Fədayəni tənqid edənlərə tutub demək istəyirəm ki, öz gözünüzdə tiri qoyub, başqasının gözündə çöp axtarmayın", - o qeyd edib.

Qeyd edək ki, Fədayə Laçının axarışda olan meyxanaçı vahid Qədimlə görüşməsi sosial şəbəkələrdə bəzi izləyicilər tərəfindən tənqidlə  qarşılanıb.


Etiketlər:  Fədayə Vahid Qədimin qollarını qandallayıb Bakıya gətirməliydi İlahə Fəda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ