Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Şəraitləri idealdır, Bakıya özəl təyyarədə uçacaqlar” – Venger danışdı

“Şəraitləri idealdır, Bakıya özəl təyyarədə uçacaqlar” – Venger danışdı

Tarix: 24 May 2019 12:44

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger hesab edir ki, Avropa Liqasının final oyunun Bakıda keçirilməsi komandalar üçün çətinlik yaratmayacaq.

Qol.az “The Telegraph”a istinadən yazır ki, fransalı mütəxəssis qeyd edib ki, “Arsenal” və “Çelsi” ideal şəraitdə yaşayırlar: “Onların futbolçuları səfərlərə özəl təyyarə ilə uçurlar, biznes-klass kreslolarında otururlar”. 

Venger hesab edir ki, finalın Bakıda olması yalnız azarkeşlərə təsir göstərəcək: “Onlar üçün bu, kiçik kabus kimi olacaq”.

Xatırladaq ki, Avropa Liqasının finalı mayın 29-da Bakıda keçiriləcək. Britaniya mediasının yazdığına görə, bir çox ingilis fanat Londonla Bakı arasında məsafənin uzaqlığı səbəbindən finalın Azərbaycan paytaxında keçirilməsindən narazı qalıblar.

 


Etiketlər:  Şəraitləri idealdır Bakıya özəl təyyarədə uçacaqlar Venger danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ