Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Macarıstan XİN Türkiyənin mövqeyini başa düşdüyünü bildirib

Macarıstan XİN Türkiyənin mövqeyini başa düşdüyünü bildirib

Tarix: 2 Mart 2020 22:46

Türkiyədə dörd milyondan çox qaçqın var. Onları təmin etmək Türkiyə hökuməti üçün getdikcə daha da çətinləşir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, canıyananlıqla deyilən bu sözləri bu gün Macarıstanın Xarici İşlər və Ticarət naziri Piter Siyyarto söyləyib.

Nazir deyib: "Hazırda Türkiyənin iki variantı var: ya miqrantların Suriyaya qaytarılması üçün şərait yaradılmalı, ya da Avropaya qapı açılmalıdır".

Siyyartonun sözlərinə görə, ikinci halda bir neçə gün ərzində Qərbi Balkan ölkələrinə yüz minlərlə qeyri-leqal miqrant doluşacaq. Nazir bildirib ki, Aİ-yə yollananlar Şengen zonasının ilk fiziki maneəsi kimi Macarıstanın sərhəd divarı ilə üzləşəcəklər. "Buna yol vermək olmaz", - deyə nazir xəbərdarlıq edib.


Etiketlər:  Macarıstan XİN Türkiyənin mövqeyini başa düşdüyünü bildirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ