Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
        
        
Tarix: 3 Mart 2020 01:52
İngiltərə Premyer Liqa 2-də növbəti oyunlar keçirilib.
Qol.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun çıxış 
etdiyi “Vulverhempton”un U-23 komandası 18-ci turda səfərdə 
“Tottenhem"li həmyaşıdları ilə üz-üzə gəliblər. Görüş meydan sahiblərinin 
qələbəsi ilə başa çatıb - 3:2.
 
Start heyətdə meydana çıxan Dadaşov 
sonadək mübarizə aparıb. Komandasının hər iki qolunu da Dadaşov vurub. 
Matçın 77-ci dəqiqəsində penaltidən fərqlənən gənc hücumçu 85-ci dəqiqədə fərqi 
minumuma endirib. 
 
“Vulverhempton” bu oyundan sonra yer 
aldıqları 1-ci qrupda 12 kollektiv arasında 11 xalla sonuncu pillədə 
qərarlaşıb.