Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2020 10:20
Tacikistan dünyada yeni növ COVID-19 koronavirusunun yayılması səbəbindən 35 ölkənin vətəndaşları üçün ölkəyə girişi qadağan edir.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə teleqramı Tacikistanın Mülki Aviasiya Agentli yerli və xarici aviaşirkətlərə göndərib.
Agentliyinin rəhbərinin müavini Əziz Nəbizoda bildirib ki, bu barədə turizm şirkətlərinə də xəbərdarlıq edilib.
Onun sözlərinə görə, bir sıra ölkələrin vətəndaşları üçün Tacikistana girişin qadağan edilməsi ölkədə koronavirusun yayılmasının qarşısını almağa və vətəndaşların təhlükəsizliyini təmin etməyə yönəlib.
Vətəndaşlarının Tacikistana girişinə müvəqqəti qadağa qoyulan ölkələrin siyahısı: Çin, Yaponiya, Cənubi Koreya, Vyetnam, Sinqapur, Avstraliya, Malayziya, Kamboca, Filippin, Tailand, Nepal, Şri-Lanka, Hindistan, Finlandiya, İtaliya, Böyük Britaniya, İspaniya, İsveç, Belçika, İsrail, Avstriya, Xosvatiya, İsveçrə, ABŞ, Kanada, BƏƏ, Misir, İran, Livan, Küveyt, Bəhreyn, Oman, Əfqanıstan, İraq və Əlcəzair.