Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda Milli Gimnastika Arenasında ab-hava möhtəşəmdir - rusiyalı gimnast

Bakıda Milli Gimnastika Arenasında ab-hava möhtəşəmdir - rusiyalı gimnast

Tarix: 21 Aprel 2019 02:32

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında ab-hava möhtəşəmdir.

Bunu Trend-ə bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turnirinin iştirakçısı, rusiyalı gimnast Dariya Serqayeva deyib.

"Bugünkü çıxışımın nəticəsindən tam razı qalmadım, daha çox işləmək lazımdır", - deyə gimnast bildirib.

Rusiyalı idmançı vurğulayıb ki, turnirdə iştirak onda ancaq xoş təəssüratlar yaradır: "Bakıda Milli Gimnastika Arenasında çox rahatdır - böyük, işıqlı zal, tamaşaçılar çox isti qarşılayır, çoxlu emosiya bəxş edir. Bakıya ilk dəfə gəlmişəm, ab-hava çox xoşuma gəldi".

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci "AGF Junior Trophy" beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkədən 130-a yaxın gənc bədii gimnast iştirak edir.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçirilən gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edirlər. İştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparırlar.

Ayın 21-dək davam edəcək yarışda qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Ölkəmizi bu turnirdə fərdi gimnastlar Nərminə Səmədova, Nərmin Bayramova, 2018-ci il Avropa çempionatının gənclər arasında bürünc medalçısı Arzu Cəlilova, qrup komandasının tərkibində isə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edirlər.


Etiketlər:  Bakıda Milli Gimnastika Arenasında ab hava möhtəşəmdir rusiyalı gimnast


RƏYLƏR