Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2020 12:52
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, iclasda Azərbaycan Premyer Liqasının 19-cu turunda baş verənlər müzakirə olunub.
Premyer Liqanın 19-cu turunun “Neftçi” – “Səbail” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Premyer Liqanın 19-cu turunun “Zirə” – “Qəbələ” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Premyer Liqanın 19-cu turunun “Sumqayıt” – “Keşlə” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.