Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2020 13:32
Türkiyə Suriyanın İdlib bölgəsində həyata keçirdiyi "Bahar qalxanı" əməliyyatı ilə ordusunun texnoloji imkanlarını nümayiş etdirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Türkiyənin Suriya ordusuna məxsus Su-24 qırıcılarını vurmasının təfərrüatları bəlli olub. Belə ki, Türkiyə ordusunun hədəfləri dəqiqliklə vurmasında AWACS (havadan xəbərdarlıq və nəzarət təyyarəsi) təyyarələrinin mühüm rolu olub. F-16 raketləri buraxılıb, AWACS-lar isə onları Su-24-lərə yönləndirib. Bununla da F-16 təyyarələri Suriyanın Hava Hücumundan Müdafiə (HHM) sistemlərinə ilişmədən tapşırığı uğurla icra edib.
Sərhəd xəttində havaya qaldırılmış AWACS məlumatları əməliyyatın idarəetmə məntəqəsinə və birbaşa olaraq F-16-ların monitoruna yönləndirib. Türkiyəli pilotlar isə HHM sistemlərinə yaxalanmamaq üçün radarları söndürüb.