Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldu məşhur saytı blok etdi - FOTO

Ronaldu məşhur saytı blok etdi - FOTO

Tarix: 3 Mart 2020 14:34

"Yuventus"un futbolçusu Kriştianu Ronaldu məşhur Transfermarkt saytının "İnstaqram" səhifəsini blok edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna Transfermarktın portuqaliyalı oyunçunun qiymətini 75 milyon avro göstərməsi səbəb olub. Belə ki, sayt agenti Jorje Mendeş olan oyunçulardan ibarət simvolik komandanın şəklini "İnstaqram"da yerləşdirib. Şəkildə Ronaldudan başqa bütün oyunçular işərələnib. Çünki qiymətini bəyənməyən 35 yaşlı oyunçu səhifəni qara siyahıya atıb.

"Ronaldonu işarələyə bilmədik. Çünki saytda qiymətini gördükdən sonra bizi qara siyahıya atdı. Bizə özünün qiymətini bəyənmədiyini söylədi", - Transfermarkt şərhdə qeyd edib.

Xatırladaq ki, Ronaldu bu mövsüm İtaliya A seriyasında 21 oyunda 21 qol vurub.

Milli.Az


Etiketlər:  Ronaldu məşhur saytı blok etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ