Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2020 14:58
İranda yeni koronavirus (COVID19) nəticəsində indiyədək ölənlərin sayı 77 nəfərə çatıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini Әlirza Rәisi deyib.
Ә.Rәisinin sözlərinə görə, ötən sutka ərzində 11 nəfər dünyasını dəyişib.
Rәisi әlavә edib ki, ötәn sutkada 835 nәfәrin bu virusa yoluxması tәsdiqini tapıb və ümumilikdə 2 336 nəfər bu virusa yoluxub.
Nazirlik rəsmisi bugünədək xəstəxanalara 7,28 min nəfərin müraciət etdiyini, 4,312 nəfərin şübhəli olduğunu deyib.
Qeyd edək ki, İranın Səhiyyə Nazirliyinin rəsmisi ötən gün 1501 nəfərin yeni koronavirusa yoluxduğunu, 66 nəfərin dünyasını dəyişdiyini, 291 nəfərin sağaldığını bildirmişdi.