Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda koronavirusa görə gündəlik 7-8 min qatar bileti ləğv olunur

İranda koronavirusa görə gündəlik 7-8 min qatar bileti ləğv olunur

Tarix: 3 Mart 2020 16:44

İranda yeni koronavirusun yayılmasına görə, gündəlik 7-8 min ədəd qatar bileti ləğv olunur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Dəmiryol Nəqliyyatı Şirkətləri Assosiasiyasının sədri Məhəmməd Rəcəbi Gənc Jurnalistlər Klubu (YJC) informasiya portalına istinadən məlumat verib.

M.Rəcəbinin sözlərinə görə, son vaxtlar 25 mindən çox qatar bileti ləğv olunub.

Rəcəbi əlavə edib ki, 22 fevraldan öncə bilet alan sərnişinlər bileti ləğv etdiyi halda vəsait tam şəkildə onlara qaytarılır.

Assosiasiya sədri bildirib ki, biletlərin ləğv olunması ilə dəmiryol nəqliyyatı şirkətlərə milyardlarla rial (1 milyard rial = 23,8 min dollar) ziyan dəyib.

Qeyd edək ki, İranda 1501 nəfərin yeni koronavirusa yoluxması, 66 nəfərin ölməsi və 291 nəfərin sağalması rəsmi şəkildə təsdiqlənib.

Milli.Az


Etiketlər:  İranda koronavirusa görə gündəlik 7 8 min qatar bileti ləğv olunur


RƏYLƏR