Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ata gecə həyatı yaşayan qızını öldürdü - FOTO

Ata gecə həyatı yaşayan qızını öldürdü - FOTO

Tarix: 3 Mart 2020 20:54

Avstraliyada ata mübahisə zamanı qızını bıçaqlayaraq öldürüb.

Sondakika.com-un xəbərinə görə, Adelaida şəhərində 49 yaşlı Petrit Lekaj 20 yaşlı qızı Sabrina Lekajla gecə həyatı ilə bağlı mübahisə edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, P. Lekaj mətbəx bıçağı götürərək qızını avtomobili ilə aparıb. Yolda onların mübahisəsi davaya çevrilib və Lekaj 8 bıçaq zərbəsi ilə qızını öldürüb.

Məhkəmədə o bildirib ki, məqsədi qızını narkotikdən uzaqlaşdırmaq və onu qorxutmaq olub.

Məlum olub ki, qızını öldürdükdən sonra Lekaj onun cansız bədəni maşında olduğu halda bir saat avtomobili idarə edib.

Sonradan polis onu saxlayanda həqiqət üzə çıxıb və tutulub.

Ömürlük azadlıqdan məhrum edilən həmin şəxs bundan əvvəl narkotik alverinə görə məhkumluq həyatı yaşayıb.

Milli.Az


Etiketlər:  gecə həyatı yaşayan qızını öldürdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ