Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2020 21:16
Şirkət ətrafdakılara sizin əhvalınızı göstərə bilən qeyri-adi "emosional" gödəkçə hazırlayıb.
Ford beynəlxalq "Yolunla bölüş" kampaniyası çərçivəsində velosipedçilərə dəstək üçün xüsusi gödəkcə hazırlayıb. Bu gödəkçənin kürək hissəsində böyük LED-displey sahibinin əhval-ruhiyyəsini - məsələn, sevinc və ya kədərini smayliklər vasitəsilə bildirir.
Lakin gödəkçənin daha praktik tətbiqi var. Məsələn, digər yol istifadəçilərini manevrlər barədə xəbərdar etmək üçün növbə siqnalı kimi istifadə edilə bilər. Eyni zamanda, bu velosipedçinin yolda seçilməsinə kömək edir, çünki onlar böyük avtomobillərin və diqqətsiz sürücülərin qarşısında çox köməksizdirlər.
Fordun "emosional" gödəkçəsi hələ ki konsepsiyadır, ideya sınaqdan keçirilir. Belə ağıllı geyimin kütləvi satışa çıxarılacağı hələ sual altındadır.