Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2020 22:20
Microsoft şirkətinin nümayəndələri Meksika ölkəsinə 1,1 milyard dollarlıq yatırım edəcəklərini bildiriblər.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, yatırımın əsas məqsədi sözügedən ölkədə rəqəmsal bulud regionunu yaratmaqdır.
Şirkətdən qeyd olunub ki, yaradılacaq xidmətlər yerli şirkətlərə, təşkilatlara və Microsoft Azure, Office 365, Dynamics 365 və Power Platform istifadəçilərinə təqdim olunacaq.
Layihənin reallaşması Microsoft şirkətinə qlobal bulud infrastrukturunu 57 region və 22 ölkədə tətbiqinə imkan yaradacaq. Layihədə dövlət universitetləri ilə IT laboratoriyalar və virtual siniflərin yaradılması da yer alıb.