Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiya hökuməti yeni koronavirusa görə kompensasiyaların ödənməsi barədə məlumat yayıb

Yaponiya hökuməti yeni koronavirusa görə kompensasiyaların ödənməsi barədə məlumat yayıb

Tarix: 4 Mart 2020 07:36

Yaponiya hökuməti bütün ölkədə məktəblərin bağlanması ilə əlaqədar uşaqlara baxmaq üçün məzuniyyət götürməyə məcbur olmuş hər bir əməkdaşa görə şirkətlərə gündəlik təqribən 80 dollar ödəyəcəyini bildirib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi məlumat yayıb. Məlumatda hökumətin yeni koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tətbiq etdiyi subsidiya mexanizminin detalları açıqlanır. Bildirilir ki, nazirlik məktəblərin bağlı olacağı müddətdə uşaqların yanında qalmaq üçün ödənişli məzuniyyət götürmüş hər bir əməkdaşa görə şirkətə gündəlik 8300 yen subsidiya ödəyəcək.

Nazirlik, həmçinin koronavirusa yoluxduğu güman edilən xəstələrə qulluq edən şəxslərə də vəsait ödəyəcək.

Bu addım fevralın 27-dən martın 31-dək olan dövrdə həm ştatda olan, həm də saat hesabı işləyən əməkdaşlara tətbiq olunacaq.


Etiketlər:  Yaponiya hökuməti yeni koronavirusa görə kompensasiyaların ödənməsi barədə məlumat yayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ