Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 13:14
Rusiyada qoruyucu maskaların və digər tibbi ləvazimatların ölkədən çıxarılması qadağan edilib.
Sonxeber.net Day.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin qərar imzalayıb.
Qərar hökumətin rəsmi saytında yerləşdirilib və qadağa iynun 1-dək qüvvədə olacaq.
Ölkədən çıxarılması qadağan edilən tibbi məhsullar arasında, eləcə də pambıq, sarğılar, qoruyucu eynəklər var.
Qeyd edək ki, son məlumata görə, Rusiyada 6 koronavirusa yoluxma faktı təsdiq edilib.
2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 60-dan çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 90 minə çatıb, 3 mindən çox nəfər ölüb.