Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tovuzda subartezian quyuların qazılması üçün 1,26 milyon manat ayrıldı

Tovuzda subartezian quyuların qazılması üçün 1,26 milyon manat ayrıldı

Tarix: 4 Mart 2020 17:03

Prezident İlham Əliyev martın 4-də "Tovuz rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncama əsasən, Tovuz rayonunun əhalisi 68296 nəfər olan 9 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 18 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,26 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.


Etiketlər:  Tovuzda subartezian quyuların qazılması üçün milyon manat ayrıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ