Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazaxıstan yığmasının bədii gimnastika üzrə məşqçisi: Bakıda hər zaman yeni təəssüratlar və bilik almağı planlaşdırırıq

Qazaxıstan yığmasının bədii gimnastika üzrə məşqçisi: Bakıda hər zaman yeni təəssüratlar və bilik almağı planlaşdırırıq

Tarix: 21 Aprel 2019 06:12

Bakı. Cani Bbayeva - Trend:

Qazaxıstanın bədii gimnastika üzrə məşqçisi Svetlana Krasnikova 2-ci AGF Junior Trophy beynəlxalq turnirinin təşkilini yüksək qiymətləndirib.

"Yarışlarda təəssüratlar ən yaxşıdır, təşkilatçılıq əladır. Hər şey xırdalığına qədər nəzərə alınıb. Bu həm də gimnastların podiumda çıxışlarına və məşq zalına da aiddir. Çoxlu könüllü var, onlar hər azman kömək etməyə hazırdı. Fikrimcə, bu Dünya Çempionatından öncə məşqdir", - deyə məşqçi bildirib.

S.Krasnikova deyib ki, Bakıya hər zaman böyük məmnuniyyətlə gəlir: "Çox gözəl bazanız var, şərait möhtəşəmdir. Bakıya gəlib Milli Gimnastika Arenasında çıxış etmək böyük həzzdir. Burada qələbə hissi keçirirsən. Hər zaman Bakıda yeni təəssüratlar və bilik almağı planlaşdırırıq".

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci "AGF Junior Trophy" beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkədən 130-a yaxın gənc bədii gimnast iştirak edir.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçirilən gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edirlər. İştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparırlar.

Ayın 21-dək davam edəcək yarışda qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Ölkəmizi bu turnirdə fərdi gimnastlar Nərminə Səmədova, Nərmin Bayramova, 2018-ci il Avropa çempionatının gənclər arasında bürünc medalçısı Arzu Cəlilova, qrup komandasının tərkibində isə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edirlər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Qazaxıstan yığmasının bədii gimnastika üzrə məşqçisi Bakıda hər zaman yeni təəssüratlar bilik almağı planlaşdırırıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ