Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 18:44
İranda sosial şəbəkədə yeni koronavirusun saxta vaksinini satan şəxs saxlanılıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu İranın kiber polisinin rəis müavini Ramin Paşayi deyib. Onun sözlərinə görə, Şərqi Azərbaycan vilayətində polis əməkdaşları sosial şəbəkədə reklamlar əsasında həmin şəxsin koronavirusun vaksininə sahib olduğunu iddia etdiyini aşkarlayıblar.
Paşayi əlavə edib ki, müttəhim vaksinin qiymətini 8 milyon rialdan (təxminən 190 dollar) yuxarı qiymət təyin edibmiş.
Polis rəsmisi bu vaksinin indiyədək kimsəyə satılıb-satılmamasının araşdırıldığını deyib.
Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi indiyədək 2 522 nəfərin yeni koronavirusa yoluxduğunu, 92 nəfərin dünyasını dəyişdiyini və 552 nəfərin sağaldığını təsdiqləyib.