Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada hökumət istefaya göndərildi

Ukraynada hökumət istefaya göndərildi

Tarix: 4 Mart 2020 20:06

Ukrayna Ali Radası Baş Nazir Aleksey Qonçarukun rəhbərliyi ilə hökuməti istefaya göndərib.

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, qərarın lehinə 353 millət vəkili səs verib. Bununla da Ukraynanın hazırkı hökuməti tam tərkibdə buraxılıb.

Qərardan əvvəl parlamentdə çıxış edən Prezident Vladimir Zelenski Ali Radaya Denis Şmıqalı ölkənin yeni Baş Naziri təyin etməyi təklif edib.

Qeyd edək ki, Qonçaruk istefa ərizəsini Ali Radaya dünən təqdim etmişdi.


Etiketlər:  Ukraynada hökumət istefaya göndərildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ