Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 20:46
İtaliyada koronavirusun sürətlə yayılması səbəbindən təcili təxirə salınmaz təbirlər çərçivəsində bütün orta məktəblər və ali təhsil müəssisələri bağlanıb.
Sonxeber.net Day.Az-a istinadən xəbər verir ki, təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması barədə qərar bu ayın ortalarına qədər qüvvədə qalacaq.
Qeyd edək ki, son məlumata görə, İtaliyada koronavirusa yoluxanların sayı 2502 nəfər, ölənlərin sayı isə 79 nəfər olub.
Xatırladaq, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 70-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 90 minə çatıb, 3 mindən çox nəfər ölüb.