Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aynişandan səmimi sözlər: ''Enerjimin sürətinə tab gətirə bilməyib uzaqlaşırlar''

Aynişandan səmimi sözlər: ''Enerjimin sürətinə tab gətirə bilməyib uzaqlaşırlar''

Tarix: 4 Mart 2020 21:35

"Həmişə istədiyimi xəyal edib, daha sonra yaşamışam... Həyatımda olan hər kəsi, hər şeyi sanki sifariş etmişəm. Heç vaxt əlimdə olanla kifayətlənməmişəm, amma şükr etmişəm. Və həmişə düşünmüşəm ki, bundan da gözəl həyat məni gözləyir. Çünki sadəcə arzu etməmişəm..."

Sonxeber.net xəbər verir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva instaqramda yazıb.

O, xəyallarını qurduğu arzularının gerçəkləşməsindən danışıb: "Mən istədiyimin xəyalını qurmuşam və daha sonra onun həyata keçəcəyi günü gözləmişəm. Bəzən çox qısa zamanda həyata keçib, bəzən də gec... Amma kainat heç vaxt gecikmir... Zamanında baş tutur bütün olacaqlar. Çox yaxşı insanlar həyat yolumda qarşıma çıxır, amma enerjimin sürətinə tab qətirə bilməyib, uzaqlaşırlar. Bu, mənim şüuraltı gücümdür. Uşaqlıqdan var... Düşündüyüm, istədiyim hər şey çox asanlıqla qarşıma çıxır. Lap balaca idim, 5 yaşım vardı.. Yaşantımız çətin idi, amma, o zaman belə hər şeyin dəyişəcəyinə əmin idim. Bu gün də bir istəyim var. Bilirəm, hətta əminəm, onu yaşayacağıma. Siz də istəyin, hiss edin və gələcəyini gözləyin... Şübhə etməyin". (publika.az)


Etiketlər:  Aynişandan səmimi sözlər Enerjimin sürətinə gətirə bilməyib uzaqlaşırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ