Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 22:10
Azərbaycandan bir qrup mütəxəssis COVID-19 infeksiyası ilə bağlı Türkiyənin təcrübəsini əldə etmək məqsədilə Ankarada səfərdə olub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən təşkil olunan səfər çərçivəsində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı və heyət üzvləri Türkiyə Səhiyyə Nazirinin müavini Əminə Alp Meşe ilə görüşüblər.
Görüşdə, hazırda dünya ictimaiyyətini narahat edən koronavirusun yayılmasının səbəbləri, ondan qorunmaq yollarına dair səmərəli fikir mübadiləsi aparılıb.
Türkiyə Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər və laboratoriyalar üzrə struktur rəhbərləri, tanınmış alimlər Ali Göktepe və Gülay Korukluoğlu ilə keçirilən görüşlərdə COVID-19 infeksiyasına qarşı mübarizəyə dair təcrübə mübadiləsi aparılıb.
COVID-19 infeksiyasına qarşı Azərbaycanda görülən əks-epidemik tədbirlər barədə ətraflı məlumat verilib. Qarşı tərəf vurğulayıb ki, ölkəmizdə görülən tədbirlər Ümumdünya Səhiyyə Təşkilatının və Türkiyə Səhiyyə Nazirliyinin Elmi Komitəsinin müəyyən etdiyi qaydalara uyğun aparılıb.