Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Koronavirusu 81 faiz insan çox yüngül formada keçirir”

“Koronavirusu 81 faiz insan çox yüngül formada keçirir”

Tarix: 4 Mart 2020 22:40

"Koronavirusun müsbət tərəfi odur ki, 81% insan çox yüngül formada keçirir. Yəni, çox az qızdırma, çox az öskürək, bəzən həkimə belə getmədən xəstəlik ötüşür".

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı İTV-yə müsahibəsində deyib. O bildirib ki, insanların təqribən 4-5%-i xəstəliyi ağır formada keçirir və xəstəxanaya yerləşdirilir:

"Təəssüf ki, xəstəxanaya yerləşdirilən şəxslərdəki virusu öldürən bir dərman hələ ki, yoxdur. Ancaq biz xəstəxanalarda insanların ümumi vəziyyətinə kömək edirik, məsələn nəfəs almaq üçün oksigen veririk, istilik dərəcələrini ölçürük. 

H1N1-lə müqayisədə bu virusun daha yoluxucu olduğunu düşünürük. Bu xəstəlik daha sürətli yayılır, belə olan təqdirdə də ağır formada keçirən 4-5%-lik bir kəsimin sayının artmasına səbəb ola bilər". 

Hande Harmancının sözlərinə görə, koronovirusla bağlı analizin nəticəsi 3-6 saat ərzində bəlli olur:

"Bu kimi epidemiyaların yayıldığı zamanlarda və ya peyvəndlərlə bağlı ÜST siyahı yayımlayaraq bildirir ki, qeyd olunan testlər keyfiyyət kriteriyalarına uyğundur, ölkələr bu testləri ala bilər. Bu dəfə virus çox yeni olduğundan hələ ki bir siyahı yoxdur. Ancaq Avropadakı iki laboratoriyadan ilkin nəticələri nəzərdən keçirdik və ən yaxşı diaqnostik testləri ÜST olaraq alıb bütün ölkələrə verdik. Azərbaycana 1000 test təşkilat tərəfindən verilib və ikinci dəfə yenidən paylanılacaq. Bildiyimə görə, Azərbaycan hökuməti də testləri almaqda maraqlıdır və laboratoriyalar ilə sıx əlaqə saxlayır. 

ÜST nümayəndəsi onu da qeyd edib ki, dünyada ilk dəfə bu qədər böyük karantin sistemi tətbiq olunub: 

"Budəfəki təcrübədə biz karantin rejiminin müsbət nəticələr verdiyini gördük. Ümumilikdə, virusun yüksək temperatura dözümlü olmadığını bilirik, ancaq havalar istiləşdikcə yayılmasının necə nəticə göstərəcəyini bilmirik. İqlimə görə dəyişməsi ilə bağlı hər hansı bir məlumatımız yoxdur".


Etiketlər:  Koronavirusu faiz insan çox yüngül formada keçirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ