Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 08:12
Finlandiyada bir neçə şirkət dörd günlük iş həftəsinə keçdiyini elan edib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu, test çərçivəsində həyata keçirilir, dövlət səviyyəsində isə heç bir dəyişiklik edilməyib.
Belə ki, eskperiment çərçivəsində, ilk olaraq, dörd günlük iş həftəsinə "Work" reklam agentliyi keçəcək. Əməkdaşların maaşı dəyişməz olaraq qalacaq.
"Vapa" piar agentliyi isə başqa yola əl atıb. Orada iş günü altı saatədək azaldılıb. Burada da maaş eyni qalıb.
Şirkətlərin fikrincə, bu halda belə əməkdaşlar 40 saatlıq iş həftəsində olduğu kimi məhsuldar çalışacaq.
Dövlət isə hələ heç nəyi dəyişməyi planlaşdırmır.