Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İran koronavirusun diaqnoz kitlərinin istehsalına hazırlaşır

İran koronavirusun diaqnoz kitlərinin istehsalına hazırlaşır

Tarix: 5 Mart 2020 12:36

"İran yeni koronavirusun diaqnozu ilə əlaqədar kitlərin istehsalına hazırlaşır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın İran Tibb Elmləri Universitetinin rektoru doktor Cəlil Kuhpayezade IRNA-ya açıqlamasında deyib.

C.Kuhpayezadenin sözlərinə görə, lazımi lisenziyalar alındıqdan sonra kütləvi şəkildə istehsala başlanacaq:

"Əlbəttə bu proses uzun müddətlidir və onun tez bir zamanda nəticə verəcəyinə ümid edilir".

Universitet rektoru bildirib ki, İran Tibb Elmləri Universiteti ilə yanaşı bəzi universitetlər də kitlərin istehsalı sahəsində fəaliyyətlərə başlayıblar.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi indiyədək 2922 nəfərin yeni koronavirusa yoluxduğunu, 92 nəfərin öldüyünü və 552 nəfərin sağaldığını təsdiqləyib.

Milli.Az


Etiketlər:  İran koronavirusun diaqnoz kitlərinin istehsalına hazırlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ