Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 12:56
"Hazırda Azərbaycanda 500-dək insan koronavirusa görə karantin şəraitində saxlanılır".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu koronavirusla əlqədar keçirilən brifinqdə
Nazirlər Kabineti yanında yaradılan operativ qərargahın üzvü, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
Onun sözlərinə görə, bu xəstəlik insanlarda adətən, daha yüngül formada keçir. Koronavirusa yoluxanların 4-5 faizində xəstəlik ağır formada keçir və onların xəstəxanada müalicə edilməsinə ehtiyac olur.