Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda koronavirusa görə ölüm faktı baş verməyib - Operativ qərargah

Azərbaycanda koronavirusa görə ölüm faktı baş verməyib - Operativ qərargah

Tarix: 5 Mart 2020 12:58

"Azərbaycanda koronavirusa görə ölüm faktı baş verməyib. Sosial şəbəkələrdə bununla bağlı paylaşılan məlumatlar yalnız ajiotaj yaradır".

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu koronavirusla əlqədar keçirilən brifinqdə Nazirlər Kabineti yanında yaradılan operativ qərargahın üzvü, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib ki, uşaqların əyləncə mərkəzlərinə və digər qapalı məkanlara getməməsi ilə əlaqədar qadağa qoya bilməzlər:

"Məktəblərin bağlanması ona görə edildi ki, uşaqlar bir yerdə kütləvi şəkildə olmasın. Bununla bağlı valideynlər arasında da maarifləndirmə tədbirləri aparılır. Bunu valideynlər özləri dərk etməlidirlər".


Etiketlər:  Azərbaycanda koronavirusa görə ölüm faktı baş verməyib Operativ qərargah


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ