Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 13:03
Milli Məclisin yeni tərkibdə ilk iclasının vaxtı hələ məlum deyil.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev deyib.
O qeyd edib ki, qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq etdikdən sonra ilk iclas bir həftə ərzində keçirilməlidir:
"Bununla bağlı hələ qərarın verilməsini gözləyirik".
S.Mirzəyev əlavə edib ki, Milli Məclisdə hələ bir çox qəbul edilməmiş sənədlər qalır: "Yəqin ki, o sənədləri ilk növbədə müzakirəyə çıxaracağıq. Gözləyirik ki, qanunverici orqanın subyektlərinə yeni qanun layihələri gələcək. Ölkədə keçirilən iqtisadi-sosial islahatlarla əlaqədar mövcud qanunlara dəyişikliklər qəbul olunacaq".
Aparat rəhbəri vurğulayıb ki, Milli Məclisin yaz sessiyası qanunvericiliyə uyğun olaraq, mayın 31-i başa çatacaq. Onun sözlərinə görə, əgər lazım olarsa, növbədənkənar iclaslar keçiriləcək.