Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda şəxsi məlumatların müdafiəsi beynəlxalq hüquqi aktlara əsaslanır

Azərbaycanda şəxsi məlumatların müdafiəsi beynəlxalq hüquqi aktlara əsaslanır

Tarix: 5 Mart 2020 13:14

"Azərbaycanda şəxsi məlumatların müdafiəsi beynəlxalq hüquqi aktlara və Şəxsi məlumatların müdafiəsi barədə Konvensiyaya əsaslanır".

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə "Rəqəmsal hüquq: şəxsi məlumatların müdafiəsi" adlı tədbirdə deyib.

O bildirib ki, ölkəmizin vətəndaşlarının tez-tez hücumlara məruz qalan şəxsi məlumatları etibarlı şəkildə müdafiə olunmalıdır:

"Dünyada təkcə ötən il şəxsi məlumatların müdafiəsi qanunvericiliyinin pozulmasına görə, "Google" 50 milyon avro, "Facebook" 240 milyon dollar məbləğində cərimələnib. Bundan başqa, nisbətən kiçik qayda pozuntuları da cəzalanıb. Məsələn, Avstriyada küçələrin birində normalara uyğun olmayan kamera quraşdırdığına görə müvafiq təşkilat 5 min avro cərimələnib. Analoji hal Portuqaliyada da qeydə alınıb. Burada xəstəxanaların birində quraşdırılan kameraya görə 390 min avro cərimə təyin olunub".


Etiketlər:  Azərbaycanda şəxsi məlumatların müdafiəsi beynəlxalq hüquqi aktlara əsaslanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ