Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 14:44
"OPEC-in üzv ölkələri dünyada yayılmış koronavirus fonunda neft hasilatının azaldılması ilə bağlı vahid mövqe ortaya qoyacaq".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin Energetika naziri Süheyl əl-Mazrui deyib.
O, əmin olduğunu bildirib ki, günün sonunadək nazirlər ümumi qərar edə biləcəklər.
Nazir əlavə edib ki, OPEK+ nazirlər komitəsinin bütün üzvləri hasilatın azaldılması sazişi üzrə tövsiyələrlə bağlı razılığa gəlib.
Qeyd edək ki, martın 5-6-da Vyanada OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 8-ci görüşü keçiriləcək.