Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BƏƏ ərəb ölkələri vətəndaşlarını Çindən təxliyə edir

BƏƏ ərəb ölkələri vətəndaşlarını Çindən təxliyə edir

Tarix: 5 Mart 2020 15:04

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Çinin Uxan şəhərindən ərəb vətəndaşlarının təxliyəsini koordinasiya etmişdir. Təxliyə olunanlar BƏƏ-də yeni təsis edilmiş "Əmirliklər Humanitar Şəhəri" ndə qarşılanacaq  və onların sağlamlığını və təhlükəsizliyini təmin etmək üçün tibbi yoxlanış və monitorinqdən  keçiriləcək.

Bu addım Prezident Zati-Aliləri Şeyx Xalifa bin Zayed Al Nahyan və  Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini  Zati-Aliləri Şeyx Mohamed bin Zayed Al Nahyanın  COVİD-19 virusunun episentri olmuş Çinin Uxan şəhərindən təxliyə edildikdən sonra  qonşu ərəb ölkələrindən müraciət edən fərdləri lazımi monitorinq və qabaqlayıcı tibbi qayğı ilə təmin edəcək səhiyyə müəssisəsi təsis etmək barədə göstərişlərinə müvafiq olaraq atılmışdır.

Uxandan 215 fərdi daşıyan xüsusi təyyarə təxliyə prosedurunu icra etmək üçün HEPA kabin hava filtrasiyası sistemləri, tibbi ləvazimatlar və təchizatlar ilə, eləcə də labüd olan tibbi personal və təxliyəni həyata keçirmək təlimi almış təyyarə heyəti ilə təmin edilmişdi.

"Əmirliklər Humanitar Şəhəri" qəbul edilmiş fərdlərə, onların  orada qaldıqları müddətdə rahatlığını, şərəf və ləyaqətini təmin edərək, yüksək keyfiyyətli qayğı məqsədilə ən yüksək standartalara uyğun şəkildə təsis edilmişdir.

Fərdlər, onlara lazımi tibbi və laboratoriya testləri ediləcəyi və  onların sağlamlıq və təhlükəsizliyini təmin etmək üçün monitorinqdən keçəcəkləri 14 günlük karantində olacaqlar.

BƏƏ Xarici İşlər və Beynəlxalq  Əməkdaşlıq Nazirliyi, BƏƏ-nin Çindəki Səfirliyi  BƏƏ-nin davamlı  səylərinin bir hissəsi kimi virusun yayılmasının qarşısının alınmasında Çin hökuməti ilə əməkdaşlığın genişləndirilməsi  məqsədilə  təxliyə prosesini təşkil etmək üçün müvafiq ölkələrin səfirliklərilə koordinasiya etmişdir.


Etiketlər:  BƏƏ ərəb ölkələri vətəndaşlarını Çindən təxliyə edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ