Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lənkəranda qadın aldığı yanıq xəsarətlərindən vəfat etdi

Lənkəranda qadın aldığı yanıq xəsarətlərindən vəfat etdi

Tarix: 5 Mart 2020 15:10

Lənkəranda 62 yaşlı qadın aldığı yanıq xəsarətlərindən vəfat edib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisə Lənkəran şəhər, Ş.Məmmədov küçəsi, ev 12 ünvanında baş verib.

İlkin məlumata görə, sözügedən ünvanda yaşayan 1958-ci il təvəllüdlü Fətullayeva Ziba Məhkəmə qızının paltarının ətəyi evdə quraşdırılan qaz peçinə ilişib. Paltarın alışması nəticəsində qadın müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. 

Qadın dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanada qadına bütün bədən səthinin "üçüncü-dördüncü dərəcəli termiki yanığı" diaqnozu qoyulub. Həkimlər tərəfindən göstərilən yardımlara baxmayaraq, qadın ötən gün aldığı yanıq xəsarətlərindən xəstəxanada vəfat edib.

Faktla bağlı araşdrıma aparılır.


Etiketlər:  Lənkəranda qadın aldığı yanıq xəsarətlərindən vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ