Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 17:04
İndoneziya hökuməti koronavirusa yoluxanlar üçün məskunlaşmamış Qalanq adasında xəstəxana təşkil edəcək.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, adada əvvəllər vyetnamlı qaçqınlar yerləşdirilib.
Hazırda hökumət qaçqınlar üçün nəzərdə tutulmuş düşərgədə xəstəxananın salınması imkanlarını nəzərdən keçirir.
Qeyd olunur ki, xəstəxanada minədək xəstə yerləşdirilə bilər. Bundan başqa, adada karantin mərkəzinin salınması nəzərdə tutulur.