Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 17:54
"Fransada koronavirusla əlaqədar 150-ə yaxın məktəb bağlı qalır".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin Təhsil naziri Jan-Mişel Blanker deyib.
O bildirib ki, məktəblərin bağlanması ümumilikdə 35-40 min şagirdə təsir göstərib.
Eyni zamanda, ölkədə bütün məktəblərin bağlanmasının planlaşdırılmadığı deyilir.
Son məlumatlara əsasən, Fransada 285 nəfər koronavirusa yoluxub.