Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 19:06
Türkiyə millisinin Avro-2020-də geyinəcəyi formaların şəkilləri yayılıb.
Sonxeber.net qol.az-a istinadən Türkiyə mətbuatına istinadən xəbər verir ki, komanda turnirdə ağ və qırmızı rənglərdə olan formalardan istifadə edəcək. Yeni formaların millinin yarımfinala qədər yüksəldiyi Avro-2008-də geyindiyi formalara bənzədiyi vurğulanıb.
Xatırladaq ki, Türkiyə milli komandası Avro-2020-nin iki qrup oyununu Bakı Olimpiya Stadionunda keçirəcək. İlk oyun iyunun 17-si Uels, növbəti matç isə iyunun 21-də İsveçrəyə qarşı olacaq.